Beynəlxalq şəbəkə

Rektorun giriş sözü

Rektorun giriş sözü

Vatel Beynəlxalq Otel və Turizm İdarəçiliyi sahəsində Rəhbər Kadrlar hazırlayır.

Təhsil sahəsində 35 illik təcrübəsi ilə dünyanın bir çox yerlərində fəaliyyət göstərən kampuslarımız həm nəzəriyyə, həm də təcrübəni özündə birləşdirməklə 7000 tələbə kontingentinə sınaqdan keçmiş beynəlxalq proqramı tədris edir.

Bu konsepsiya sınaqdan keçmiş uğur tarixçəsinə malikdir. Belə ki, universitetimizdən məzun olan 30000 tələbədən 80%-i Otel və Turizm İdarəçiliyi sahəsində olmaqla dünyanın ən öndə gedən otellərində fəaliyyət göstərirlər. Məzunlarımız digər vəzifələrlə yanaşı otel şəbəkələri və ya fərdi fəaliyyət göstərən otellərdə baş direktor, otel meneceri, satış meneceri, marketinq, insan resursları və ya maliyyə fəaliyyətinin idarəolunması, müştərilərlə əlaqələr, tədbirlərin təşkili, auditor, təmizlik işləri təsərrüfatı, qəbul və xidmət şöbəsində menecer vəzifələrində çalışırlar. Məzunlarımızın yerdə qalan 20%-i digər sahələrdə, xüsusilə də lüks brendlərin idarəolunması sahəsində fəaliyyət göstərir.

Universitemizdən məzun olan tələbələrimiz, həm təcrübə keçmək istəyən tələbələr, həm də dünyanın hər hansı bir yerində ilk iş fəaliyyətinə başlayan yeni məzunlarımız üçün dinamik, güclü və qiymətli bir şəbəkə formalaşdırır.

Turizmin Təşkili və İdarəçiliyi sahəsində dünyada ilk Biznes Məktəblər Şəbəkəsi sayılan Vatel geniş dünya görüşü və qlobal yanaşma irəli sürərək peşəkar karyeranızda uğur qazanmaq üçün lazımi bütün şərtləri təmin edir.  

 

Vatelin tərəfdaşı olun

Otel İdarəçilik Məktəbiniz var, yaxud onu idarə edirsiniz, universitet rektoru və ya dekanı vəzifəsində çalışırsınız, otel meneceri kimi fəaliyyət göstərirsiniz, Vatel məktəblər şəbəkəsinin məzunusunuz və ya sahibkarsınız və Vatel Məktəblər Şəbəkəsinə qoşulmaq istəyirsiniz? Elə isə müxtəlif səviyyədə aparılan əməkdaşlıq istiqamətləri ilə tanış olmaq üçün burada düyməni sıxın.


Əlaqə

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı