Beynəlxalq şəbəkə

Turizm və Otel İdarəçiliyi üzrə ən yaxşı Ali Təhsil Müəssisəsi mükafatına layiq görülmüş Vatel

Turizm və Otel İdarəçiliyi üzrə ən yaxşı Ali Təhsil Müəssisəsi mükafatına layiq görülmüş Vatel

Ən mötəbər 42 Ali Təhsili Müəssisəsi arasında Vatelin dünya üzrə 41 filialı 14 noyabr 2016-cı il tarixində Paris le Grand İntercontinental Opera salonunda keçirilmiş və Beynəlxalq Otel İdarəçiliyi üzrə 1000 - dən çox peşəkar mütəxəssisin də dəvət olunduğu Worldwide Hospitality Awards-ın 17 - ci mərasimində "Ən Yaxşı Otelçilik Məktəbi" tituluna layiq görülmüşdür.

Bu Vatelə olan etibar və inamın göstəricisi idi.

Peşəkarların seçimi olan Vatel

Turizm və Otel İdarəçiliyi üzrə tanınmış peşəkarlardan ibarət beynəlxalq komissiya tərəfindən seçilmiş Vatel dünyanın "Ən yaxşı Otelçilik məktəbi" titulu uğrunda mübarizə aparan 42 Ali Təhsil Müəssisəsi arasında seçilərək 3 qalibdən biri olmuşdur. Turizm və Otel İdarəçiliyi üzrə ixtisaslaşan Haaqa və Oksford Otelçilik Məktəbləri ilə rəqabət aparan Vatel tədbirdə iştirak edən 1000 peşəkar mütəxəssis tərəfindən dünyada 1-ci yerə layiq görülmüşdür.

Vatelin təsisçisi və prezidenti Alan Seban qeyd etmişdir ki, bu yüksək mükafata layiq görüldüyünə görə Vatel öz əməkdaşları və müəllimlərinə, eləcə də, uğur qazanmış və Vateli dünyada tanıdan 33 000-dən çox məzununa borcludur.  

Vatel və Otellər arasındakı 35 illik sıx əlaqə

Yarandığı gündən Vatel dünyanın müxtəlif Otel şəbəkələri ilə sıx, möhkəm və pozitiv əlaqələr yaratmışdır. Bu əlaqələr müxtəlif formalarda, əsasən də tədrisə və akademik şuraya peşəkarların cəlb olunması, imtahan nəticələrinin peşəkarlar tərəfindən qiymətləndirilməsi, tələbələrin Otellərdə təcrübə keçməsi, filialda Otel idarəçiləri ilə tələbələrin konfrans yönümlü görüşlərinin keçirilməsi, peşəkarların CirVath jurnalında nəşr etdirdiyi məqalələr və s. şəklində özünü göstərmişdir.

 

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı