Beynəlxalq şəbəkə

OTEL İDARƏÇİLİYİ MƏKTƏBLƏRİNİN QLOBAL REYTİNQİ

OTEL İDARƏÇİLİYİ MƏKTƏBLƏRİNİN QLOBAL REYTİNQİ

DİQQƏT!

Otel İdarəçiliyi Məktəblərinin Reytinqlərinin sayı çoxalandan sonra Vatel nəzərinizə çatdırmaq istərdi ki, bugün etalon təşkilat tərəfindən tərtib edilən heç bir rəsmi reytinq yoxdur.

Son bir neçə ay ərzində internetdə və kütləvi informasiya vasitələrində otel idarəçiliyi məktəblərinin bir neçə reytinqi verilmişdir. Lakin onlardan heç biri müstəqil və səlahiyyətli təşkilat və ya assosiasiya tərəfindən təsdiqlənməmişdir.

Məsələn, Reklamda Ədalət üçün İsveçrə Komissiyası rəsmi elan etmişdir ki, İsveçrə Otel Idarəçiliyi məktəblərinin qrupu tərəfindən nəşr edilən reytinqlər çaşqınlıq yaradır, səhv və qərəzlidir. Bununla da, bu kimi reytinq nəticələrinin qeyri-obyektiv olması təsdiqlənir.

Vatel qrupu və onun dünya üzrə 35 məktəbi, namizədləri yanlış fikrə yönəldən bu kimi reytinqlərin bir subyekti olmayacağını, eyni zamanda tələbələrə və onların valideynlərinə düzgün və obyektiv informasiya tələb etmək hüquqlarının olduğunu da xatırlatmaq istərdi.

Müstəqil təşkilatın sifarişi ilə aparılan etibarlı tədqiqatlar olmadığına görə sizə tam uyğun olan məktəbi seçmək üçün Biz namizədlərə tövsiyyə edirik ki, bu sahədə peşəkarlara malik olan məktəbin nüfuzu, eləcə də onun məzunlar şəbəkəsi barədə məlumalatlar əldə etsinlər.
 

Vatel, otel və turizm idarəçiliyi sahəsində 1-ci Ümumdünya Biznes-məktəbi Qrupu olaraq dünyada 35 məktəbə, 7000 tələbəyə və 30000 məzuna malikdir.

 

 

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı