Beynəlxalq şəbəkə

VATELİN ÜSLUBU

VATELİN ÜSLUBU

Vatelin missiyası nədən ibarətdir?

Vatelin məqsədi nədir?

Bir biri ilə sıx əlaqədə çalışan Professor-Müəllim heyəti

 

 

 

 

 

Vatelin missiyası: Beynəlxalq Turizm və Otel İdarəçiliyi sahəsində öz gələcəyini qurmaq istəyən gələcək nəslin hazırlanması

Son 20 ildə Turizm Sahəsi uğurla inkişaf edir. İqtisadi, siyasi və sosial böhranlara baxmayaraq o, etibarlı, uzunmüddətli investisiya sahəsi olaraq qalır.             

Ümumdünya Turizm Təşkilatının uzunmüddətli proqnozlarına görə:

  • 2010-2030-cu illərdə bütün dünyada xarici turistlərin sayı ildə 3.3% artacaq və 2030-cu ildə 1,8 milyarda çatacaqdır;

  • 2010-2030-cu illərdə formalaşan təyinatlı ölkələrə gələnlərin sayı inkişaf edən ölkələrdən (ildə + 2,2%) fərqli olaraq iki dəfə çox (ildə + 4,4%) artacaqdır;

  • İnkişaf edən iqtisadiyyatların əhatə etdiyi bazar payı 1980-ci ildən 2012-ci ilə qədər 30-dan 47%-ə artmış və ehtimal olunduğu kimi 2030-cu ildə 57%-ə çatacaqdır, və beləliklə gələn xarici turistlərin sayı bir milyarddan artıq olacaqdır.

Nəticə etibarilə, Beynalxalq Otel Qruplarının fəaliyyəti bütün dünya üzrə inkişaf etməkdə davam edir.

Bu inkişafı genişləndirmək üçün Beynəlxalq Otel Qruplarının multikultural istiqamətdə işləmək bacarığı olan, milliyətindən asılı olmayaraq bir qrupu idarə etmək keyfiyyətinə malik rəhbər və əməliyyatçı kadrlara ehtiyacı vardır. Elə bu səbəbdən, Beynəlxalq Otel Qrupları ümumi İdarəçilik ixtisası üzrə deyil məhz Otel İdarəçiliyi ixtisası üzrə bilik və bacarıqlara yiyələnmiş gənc məzunların işə cəlb edilməsinə çalışır.

Dünya miqyasında otel qruplarının iki fərqli idarəetmə növü müşahidə edilir:

  • Avropa idarəetmə üsulu. Bu idarəetmə növü Otelçilik sahəsinin iki əsrlik tarixinə əsaslanır. Həmçinin bu idarəetmə üsulu müştəri məmnunluğu və xidmətin keyfiyyətinə yönəldilir. Burada müştərinin, otelin yerləşdiyi ölkənin və oteldə çalışan işçi heyətinin bütün keyfiyyətləri nəzərdə tutulur…
  • Anglo - sakson idarəetmə üsulu. Əksər hallarda, bu idarəetmə növü maliyyə nəticələrinin tələbinə əsasən idarə olunur və əməkdaşlar tərəfindən riayət olunmalı qaydaları ön plana çəkir.

Vatel, Avropa İdarəçilik üsulunu tədris etməklə bütün dünyada keyfiyyətin, yaxşı zövqün və üstünlüyün zəmanəti kimi tanınan Fransız Otelçilik Sənətini öyrətmək qərarına gəlmişdir


Vatelin məqsədi: Tələbələrinin Uğuru

  • Onların bilik və bacarıqlarını inkişaf etdirmək;

  • Tələbələrə peşə məqsədlərinə nail olmaq üçün yol və üsulları göstərmək;

  • Tələbələrə iş dünyasının tələblərinə cavab verən təhsil vermək;

 

Beləliklə, Vatelin tədris etdiyi proqram bu məqsədlərə nail olmaq üçün işlənib hazırlanmışdır.

Vatelin üslubu, Həyat dəyərlərinin aşılanması.

Vatelin üslubu aşağıdakı beş elementə əsaslanıb:

  • Tələbələrə gələcək peşəkar fəaliyyətlərində müvəffəqiyyət qazanma üsullarını öyrətməyi öhdəsinə götürən Vatel məktəbi arasında sıx əlaqələrin formalaşdırılıması.
  • Tələbələrə geniş imkanlar verən dinamik tədris şəraitinin yaradılması.
    - Tədricən nəzəri biliklərə yiyələnmək, sonra onu təcrübədə tətbiq etmək və öz praktika dövründə istifadə etmək,
    - Öz peşəkar layihələrini tərtib etmək imkanına malik olmaq.
  • Tələbələrə təhsilini bitirdikdən sonra icra və idarə etməli olduğu vəzifələrin bütün təfsilatlarını sınaqdan keçirməyə imkan verməklə yanaşı, onları peşəkar reallığın tam mərkəzinə atan nou-haunun ötürülməsi.
  • Dress-kod, dil, isti və xoş münasibət, başqa insanlara hörmət, digər mədəniyyətlərə açıq olma və yaxşı dil bacarıqları vasitəsilə Otelçiliklə bağlı konkret bacarıq və dəyərlərlə tanışlıq.
  • Müşavirələrin keçirilməsi yolu ilə Otelçilik və Turizm üzrə mütəxəssislərlə sıx əlaqələrin saxlanılması, forumlarda iştirak və 3000 vatelçidən ibarət olan dinamik şəbəkənin bir hissəsi olmaq.

 

Bir-biri ilə sıx əlaqədə çalışan Professor-Müəllim Heyəti

Vatel Qrupunun Professor-Müəllim Heyəti Universitetdə tədris edən Professorlardan və Otel İdarəçiliyi sahəsində çalışan Peşəkarlardan ibarətdir.
Onların hamısı öz bilik, nou-hau və ruh yüksəkliklərini əsirgəmirlər. Həm təhsil, həm də peşəkar metodika baxımından ən son yeniliklərə əməl edirlər. İş yerindəki reallığı əks etdirən interaktiv üsullar sayəsində onlar, tələbələri real zaman şəraitində idarəçilik təcrübəsinə malik olmaqla yanaşı öz analitik imkanlarını inkişaf etdirmək, Otel və Turizm İdarəçiliyində zəruri bilikləri mənimsəmək üçün resurslarla təmin edirlər.

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı