Kampus

Beynəlxalq Turizm və Otel İdarəçiliyi ixtisası üzrə Bakalavr pilləsi

  • Təhsil müddəti: 4 il

*12 illik məktəb oxuyan, digər Ali Təhsil Müəssisələrindən Vatel-ə keçən və ya 2-ci Ali Təhsil almaq istəyən tələbələr IELTS 6.0 / Toefl IBT 70 (Akademik) İngilis dili Sertifikatını təqdim etdiyi halda birbaşa 3 illik Bakalavr Pilləsinə qəbul oluna bilirlər.

  • Tədris dili: İngilis dili

 

Beynəlxalq Otel İdarəçiliyi ixtisası üzrə Bakalavr öncəsi hazırlıq
Hazırlıq ili

 I Semester> Akademik

  II Semester> Akademik

• İngilis dilinin inkişaf etdirilməsi • Cəbrin nəzəri əsasları • İngilis dilinin inkişaf etdirilməsi •Akademik İngilis Dili • Ingilis dilində Ünsiyyət Qabiliyyətinin inkişaf etdirilməsi •Biznes və İdarəetmənin Əsasları

 

 I Bakalavr ili

 I Semester> Akademik

II Semester> Təcrübə

• Menecment • Marketinq • İnsan Resursları (HR) • Kompüter Elmləri• Müəssisə İqtisadiyyatı • Peşəkar Mədəniyyət• Özünütəqdimat • Gigiyena və Təhlükəsizlik• Qidalanma • Şərabçılıq • Otellərə Səfərlər • Fransız dili •    II Xarici dil (Rus və ya Ərəb dili) • Ərzaq və İçki Sahəsi • Otelçilik Sahəsi • Peşəkar Təcrübə

Oteldə Təcrübə
• Müddət: 4/5 ay 

60 Kredit

 

 II Bakalavr ili

I Semester> Akademi

 II Semester> Təcrüb

• Menecment • Marketinq • İnsan Resursları (HR) • Kompüter Elmləri• Hüquq Mədəniyyəti• Turizm İqtisadiyyatı• İqtisadi Mühit• Otelçilik Sahəsində Cari Vəziyyət• Şifahi Ünsiyyət • Qidalanma • Umümdünya Şərabçılığı• Fransız dili •    II Xarici dil (Rus və ya Ərəb dili) • Peşəkar Təcrübə •Bakalavr pilləsinin 1-ci ilində Oteldə keçirilən təcrübəyə dair Hesabat

• Oteldə Təcrübə (Xarici Ölkədə)
• Müddət: 4/5 ay

60 Kredit

 III Bakalavr il

 I Semester> Akademik

 II Semester> Təcrübə

•Xərclərə nəzarət (giriş) • Marketinq • İnsan Resursları (HR) • Vergi •Kompüter Elmləri• Karyera Layihəsi• Multikultural İdarəçilik• Otel xidmətinin satışı• Şərab, Pivə və Spirtli içkilər• Geosiyasət • Turizm və Səyahət• Aparılan danışıqların İdarəolunması • Fransız dili •    II Xarici dil (Rus və ya Ərəb dili) • İdarəetmə Təcrübəsi •Bakalavr pilləsinin 2-ci ilində Oteldə keçirilən təcrübəyə dair Hesabat

• Oteldə Təcrübə (Xarici Ölkədə və ya Ölkə daxilində)
• Müddət: 4/5 ay

60 Kredit

 

İxtisas dərəcəsi

Beynəlxalq Otel İdarəçiliyi üzrə Bakalavr pilləsi: Bakalavr pilləsi üzrə təhsil proqramı 4 aprel 2012-ci il tarixində Fransa Respublikası Rəsmi jurnalında dərc edilmiş Fransa Əmək, Məşğulluq və Səhiyyə Nazirliyinin 5 aprel 2012-ci il tarixli qərarı ilə Peşə Şəhadətnamələri Üzrə Dövlət Reyestrində qeydiyyata alınmışdır.

Proqram Haqqında

Bakalavr pilləsinin 1-ci ili: Tələbələr marketinq strategiyası, turizm şirkətlərində iqtisadi şərait, maliyyə və büdcə analizi ilə yanaşı, riyazi biliklərin konkret hallara tətbiqini öyrənirlər. Tələbələr həmçinin insan resurslarının idarə olunması, marketinq, kompüter elmləri, idarəetmə və peşəkar mədəniyyət sahələri ilə tanış olur, ictimai iaşə müəssisələri, qənnadı məmulatların hazırlanma texnologiyası, banket işinin təşkili, qəbul və seminarlar zamanı baş verən gözlənilməz hadisələrə bələd olurlar. Tədris ilinin sonunda isə tələbələr təhsil aldıqları ölkədə təyin olunduqları Oteldə təcrübə keçirlər.

Bakalavr pilləsinin 2-ci ili: Tələbələr otel və onun maliyyə vəziyyətinin təhlili üzrə metodlara yiyələnir, müştəri risklərini təhlil etməyi, baza idarəetməsini, işçi heyətin fəaliyyətini qiymətləndirməyi və onları həvəsləndirməyi, işçinin hüquq və vəzifələrini öyrənir, bazar araşdırmasına dair müfəssəl biliklərə sahib olur, Excel funksiya və düsturları ilə işləməyi öyrənir, məlumat cədvəli anlayışı ilə tanış olurlar. Nəzəri bilikləri möhkəmləndirməklə yanaşı tələbələr kulinariyada yeni meyillər meydana gəldiyi zaman müxtəlif qruplara alternativlər təklif etməklə praktiki idarəetmə və qlobal şərabçılıq bazarı ilə tanış olurlar. Praktiki təlimlər zamanı onlar 1-ci kursun tələbələrinə rəhbərlik edir və eyni zamanda özləri 3-cü kursun tələbələri tərəfindən idarə olunurlar. Tələbələrin özlərinə inamı artır və xarici ölkədə təcrübə keçirlər.

Marko Polo Proqramı (Xaricdə Təhsil - Təcrübə Proqramı)

Marko Polo proqramı bakalavr pilləsinin 2-ci ilində dünyanın digər ölkələrində olan Vatel filiallarında təhsil-təcrübə keçmək imkanı verir.

Bakalavr pilləsinin 3-cü ili: Tələbələr artıq tələb olunan zəruri biliklərə yiyələnmiş olur və bundan sonra onlar artıq komandanın idarəolunmasına başlayırlar. Təhsilin sonuncu ilində isə tələbələr analitik bacarıqlarını inkişaf etdirir, bu vaxta qədər əldə etmiş olduqları bilik və bacarıqları təkrarlayır, startegiyalar hazırlayır və ilkin qərarlar qəbul edirlər.

 

Sizin tərəfdaşınız
Kampusla əlaqə yaradın

Recruitment Manager
Ulviyya Bayramova
30, Pushkin street
Baku - AZ

Kampusla əlaqə yaradın
+99412 5051071
Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı
Xəbərlər
Sizin tərəfdaşınız
Kampusla əlaqə yaradın

Recruitment Manager
Ulviyya Bayramova
30, Pushkin street
Baku - AZ

Kampusla əlaqə yaradın
+99412 5051071