Kampus

Praktik Təcrübə

Praktik Təcrübə

Praktik təcrübə icbari xarakter daşımaqla əldə olunmuş bilikləri möhkəmləndirir.
Vatel Məktəbinin praktik təcrübə strategiyası aşağıdakı təhsil konsepsiyası üzərində qurulmuşdur:

“Bütün növ nəzəri biliklər dərhal praktiki təcrübədə öz təsdiqini tapmalıdır”.

İxtisas üzrə qazanılmış nəzəri biliklərin tətbiqi tələbələrin təhsilində fəal rol oynamaqla onlara real hadisələrlə üzləşmək, gələcək peşə fəaliyyətinə daha yaxşı hazırlaşmaq imkanı yaradır. Əldə edilmiş təcrübə tələbələrə beynəlxalq aləmdə karyera qurmaq üçün zəruridir.

Bununla yanaşı, əldə edilmiş praktik təcrübə aktiv həyat tərzi sürən tələbələr və təhsillərini başa vurduqdan dərhal sonra iş dünyasına daxil olmaq istəyən əsl mütəxəssislər üçün dönüş nöqtəsidir. Bu həmin şəxslərə beynəlxalq mühitdə üzləşə biləcəkləri çətin anlara uyğunlaşmağı öyrədir. Vatel məktəblərindəki praktik təcrübə ilə təminat şöbələri bu prosesin hər bir tələbənin maraq dairəsinə uyğun qurulmasını təmin edir və otellərin seçimində də bu prinsipə əməl olunmasını gözləyir. Onlar tələbələrə fərdi peşəkar layihələrin hazırlanmasında yardımçı olur və təhsil müddətinin sonunda tələbələrin işyerlərinə cəlb olunması məqsədilə onlarla müsahibələr keçirir.

 

Praktik Təcrübə Proqramı

Vatel ardıcıllıqla hər kurs üçün nəzərdə tutulan tədris planına müvafiq olaraq əldə olunmuş bacarıqlar əsasında həyata keçirilən təcrübə prinsipi işləyib hazırlamışdır.

 

 

 

İstehsalat Təcrübəsi

 

 

Ərazi

 

Müddət

 

Beynəlxalq Otel İdarəçiliyi

(Bakalavr)

İdarəetmə1

Təcrübə

 

Ölkədaxili

4/5 ay

İdarəetmə2

Təcrübə

 

Xarici

4/5 ay

İdarəetmə3

Təcrübə (seçmə)

 

Ölkədaxili və ya xarici

5/6 ay

 

İdarəetmə 1 proqramının sonunda praktik təcrübə tələbənin təhsil aldığı ölkədə həyata keçirilir və burada məqsəd tələbəni turizm sahəsi ilə yaxından tanış etməkdir.

İdarəetmə 2 proqramının sonunda tələbə öz seçimi əsasında istədiyi ölkədə təcrübə keçə bilər. Burda əsas məqsəd tələbənin peşəkar bacarıqlarını möhkəmləndirmək və onun fərqli mədəniyyətə uyğunlaşmasına yardımçı olmaqdır.

Sonuncu mərhələdə isə seçim tələbənin öz əlindədir. O ya təhsil aldığı ölkədə, ya da başqa bir ölkədə peşə hazırlığı keçə bilər. Bununla belə Vatel bu mərhələnin beynəlxalq mühitdə reallaşdırılmasını tövsiyyə edir. Peşəkar iş fəaliyyətinə başlamazdan əvvəl tələbəni sözügedən sahədə işə cəlb etmək bu proqramın əsas hədəfidir.

Sizin tərəfdaşınız
Kampusla əlaqə yaradın

Recruitment Manager
Ulviyya Bayramova
30, Pushkin street
Baku - AZ

Kampusla əlaqə yaradın
+99412 5051071
Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı
Xəbərlər
Sizin tərəfdaşınız
Kampusla əlaqə yaradın

Recruitment Manager
Ulviyya Bayramova
30, Pushkin street
Baku - AZ

Kampusla əlaqə yaradın
+99412 5051071