Kampus

Vatel Bakı Məktəbi sizə əsl beynəlxalq təcrübə təklif edir. Əcnəbi tələbələrin universitetə qəbulunu həyata keçirən beynəlxalq tələbələrin qəbul şöbəsi Vatel Bakı ilə bağlı sizi maraqlandıran bütün sualları cavablandırmağa hazırdır.

VATEL BAKI İNSTİTUT-nun TƏQDİMATI

Vatel Beynəlxalq Biznes Məktəbinin Bakı Kampusu Cənubi Qafqazın incisi olan Azərbaycanda – Avropa və Asiyanın qovşağında yerləşir. Şərq və Qərb ənənələrini özündə birləşdirən və Otelçilik biznesinin bariz nümunəsi olan Azərbaycanın şimal sərhədləri Xəzər dənizi, cənub sərhədləri isə Qafqaz dağları ilə əhatələnmişdir. Özünəməxsus coğrafi mövqeyi, dinamik iqtisadi inkişafı ilə seçilən bu ölkə hər il yüz minlərlə turisti özünə cəlb edir. Beynəlxalq standartlara cavab verən xizək yamacları, qarla örtülü dağ zirvələri və Qafqazın zəngin təbiəti çöl idman oyunları həvəskarlarının il boyu Azərbaycana axın etməsinə səbəb olur.

VATEL BAKI İNSTİTUT-nun TƏQDİMATI - Image 1

VATEL BAKI İNSTİTUT-nun TƏQDİMATI - Image 2

Azərbaycanın paytaxtı olan Bakı şəhəri ölkənin əsas elmi, texniki, sənaye və mədəniyyət mərkəzidir. Bakıda çox sayda yüksək səviyyəli Brend Otellərlə yanaşı, müxtəlif əyləncə mərkəzləri də mövcuddur. Şirvanşahlar Sarayı və Qız Qalası ilə yanaşı Bakının İçərişəhəri də 2000-ci ildə YUNESKO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Son illər Bakı bir sıra beynəlxalq tədbirlərə, 2012-ci ildə 57-ci Avroviziya Musiqi yarışmasına, 2015-ci ildə İlk Avropa Oyunlarına, 2016-cı ildə isə Formula 1 yarışlarına ev sahibliyi etmişdir. Bundan əlavə 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunları da Bakıda keçiriləcəkdir.


Bütün bu deyilənləri nəzərə alsaq, Vatel Bakı Azərbaycanda təhsil almaq istəyən tələbələrə tədris xidmətləri və geniş karyera imkanları təqdim edir. Vatel Bakının Kampus binası şəhərin mərkəzində yaşıllıqlarla əhatəli bir ərazidə yerləşir. Kampusda müasir tələblərə uyğun dərs otaqları, otel, restoran, seminar mərkəzi mövcuddur. Korporativ müştərilər üçün nəzərdə tutulmuş seminar mərkəzində tələbələr yüksək standartlara cavab verən mühitdə praktiki dərslərini hazırlaya biləcəklər. Məhz buna görədir ki, Vatel Bakı Institutu nəzəri və praktiki dərslərin keçirilməsi üçün dizayn edilmişdir. Vatel Bakı tələbələrinə təcrübə keçmək imkanı da yaradır. Təcrübə istər dünyanın, istərsə də ölkənin ən yaxşı Otellərində keçirilir.

VATEL BAKI İNSTİTUT-nun TƏQDİMATI - Image 3

VATEL BAKI İNSTİTUT-nun TƏQDİMATI - Image 4

Vatel Bakı sizə əsl beynəlxalq təcrübə təklif edir. Əcnəbi tələbələrin universitetə qəbulunu həyata keçirən beynəlxalq tələbələrin qəbul şöbəsi Vatel Bakı ilə bağlı sizi maraqlandıran bütün sualları cavablandırmağa hazırdır. Buraya universitetə müraciət, qəbul üçün tələb olunan sənədlər, o cümlədən viza, yaşayış yeri ilə təmin olunma və s. daxildir. Peşəkar komandamız sizin universitet həyatına uyğunlaşmağınız üçün tanışlıq tədbiri və müxtəlif proqramlar təşkil edir.


Sizin tərəfdaşınız
Kampusla əlaqə yaradın

Recruitment Manager
Ulviyya Bayramova
30, Pushkin street
Baku - AZ

Kampusla əlaqə yaradın
+99412 5051071
Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı