Karyera

Vatel, peşəkarlığa doğru addım!

Vatel, peşəkarlığa doğru addım!

Diplomla yanaşı peşəkarlığın təmin edilməsi

Vatel məzunlarının işlə təmin olunma Faizi

Yeni məzunların illik əmək haqqı

Xarici ölkələrə çıxış

 

Diplomla yanaşı peşəkarlığın təmin edilməsi

Vatel məktəbinin Bakalavr Diplomunu almaq məqsədi ilə fəal həyata başlamış və bu məqsədə nail olmuş Vatel məzunları Otel Şəbəkələrinin müxtəlif müəssisələrində müxtəlif işlər üzrə məsul vəzifələrə qəbul olurlar. Bu vəzifələrə Otel Meneceri, F&B Menecer, Maliyyə Meneceri, PR və Marketinq üzrə Menecer, HR Menecer və s. daxildir.

Vatelin MBA - magistr məzunları böyük müəssisələrdə 6 ay sınaq müddətindən sonra qeyri-müəyyən müddət üzrə əmək müqaviləsi bağlayırlar. Təklif edilən işlər üzrə daha çox idarəçiliklə bağlı bilik və bacarıqlar tələb olunur. Bu vəzifələrə qəbul şöbəsində idarəçi və ya müavin, restoran işi ilə bağlı müdir və ya müdir müavini, marketinq üzrə idarəçi, insan qaynaqları şöbəsinin müdir və ya müdir müavini,  gəlirlərin idarəolunması üzrə idarəçi və s. daxildir.

Başqa bir məktəbi bitirmiş bir məzundan Vatel məzununun fərqi ondan ibarətdir ki, Vatel məzunu təhsil aldığı müddət ərzində nəzəri biliklərlə yanaşı lazımi təcrübəyə və peşəyə yiyələnir. Təhsilinin ilk günündən diplom alan günə qədər, tələbə istər təhsil müddəti ərzində, istərsə də təcrübə dövründə mənimsədikləri bilik və bacarıqları tətbiq etməyi öyrənir.

 

 

Xarici Ölkələrə Çıxış

Öz karyeralarına xarici ölkədə başlayan və beynəlxalq təcrübə əldə edərək vəzifələri üzrə daha sürətli inkişaf edən Fransız Məktəbinin məzunları daha çoxdur. Otel idarəçiliyi üzrə Fransa Məktəbinin məzunlarının xalis illik gəliri digər ölkələrin eyni ixtisaslı məktəbinin məzunlarının gəlirinə nisbətən daha çoxdur. Bu daha çox burada yaradılmış imkanlarla əlaqədardır.

Bundan əlavə, bütün dünyada 30 000 Vatel məzunu şəbəkəsi mövcuddur. Bu Vatel məzunları işə götürən və ya təcrübə keçdikləri Vatel şirkətləri tərəfindən öz yüksək bilik və bacarıqlarına görə tövsiyyə olunur.

 

Parisdə Curty-də Tədqiqat və inkişaf üzrə menecer 2011-ci il məzunu Helen Mion
"Təhsil müddətinin sonunda təcrübəni işə çevirmək imkanı Vatellə daha asandır."
Uğurlu inkişaf tarixçəsi ilə bu linkdə tanış ola bilərsiniz:

Meribeldə özünün "La Mobylette Jaune» şəxsi veb-kommunikasiya agentliyini təsis etmiş 1988-ci il məzunu Jan-Batist Karsenti
"3-cü kursa təcrübə proqramının sonunda mən, bu oteldə işə qəbul edildim və tədricən müəssisə rəhbərliyi səviyyəsinə qədər yüksəldim. Nəzərinizə çatdırıram ki, bir təcrübəçi kimi işə başlamış tələbə üçün bu çox böyük bir inkişafdır!"
Uğurlu inkişaf tarixçəsi ilə bu linkdə tanış ola bilərsiniz:

Dubayda Ritz Carlton otelinin qəbul və xüsusi tədbirlər üzrə meneceri 2013-cü il məzunu Cenna L.İ.
"2012-ci ilin oktyabr ayının sonunda mən imtahanlarımı bitirdim və bir neçə gün sonra təyyarə ilə Dubaya yola düşdüm. Mən Ritz-Carlton otelində təcrübəyə başladım. Təcrübəyə başladığım müddətdən üç ay sonra mənə hal –hazırda işlədiyim bu vəzifəni təklif etdilər."
Uğurlu inkişaf tarixçəsi ilə bu linkdə tanış ola bilərsiniz:

  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !

Marko Polo
Tələbələr üçün Xaricdə Təhsil
Təcrübə imkanları

Daha ətraflı
MBA üzrə ixtisaslaşma
Otel İdarəçiləri üçün imkanlar

Daha ətraflı