Təhsil

ÇEVİK VƏ AÇIQ TƏDRİS PROQRAMI

ÇEVİK VƏ AÇIQ TƏDRİS PROQRAMI

Vatelin tədris proqramı beş il üçün nəzərdə tutulmuşdur. Vatel təhsili, ilk üç ili əhatə edən Bakalavr pilləsindən sonra, tələbələrə iş həyatına daxil olmaq imkanı yaradır. Bakalavr dərəcəsi, peşəkar iş təcrübəsinə əsaslanan tələbələrin peşə ilə bağlı bilik və bacarıqlara yiyələndiklərini təsdiq edir. Bakalavr dərəcəsini aldıqdan sonra təklif olunan işlərə keyfiyyətə nəzarət, istehsala nəzarət və s. daxildir.

2-ci təhsil səviyyəsi olan MBA-ni bitirdikdən və 1 - 2 il sınaq müddətindən sonra Vatel məzunu İnsan resursları şöbəsinin direktoru, Maliyyə direktoru, Marketinq direktoru vəzifələri üzrə çalışmaq imkanı əldə edir.

VATEL, NAZİRLİK QƏRARINA ƏSASƏN PEŞƏ ŞƏHADƏTNAMƏLƏRİNİN DÖVLƏT REYESTRİNDƏ QEYDİYYATDAN KEÇMİŞDİR. (RNCP)

Vatelin hər iki təhsil səviyyəsi Avropada Peşə Şəhadətnaməsinin Dövlət Reyestrində qeydiyyatdan keçmiş diplom və ya dərəcə almaq imkanı verir. Bu peşə şəhadətnamələrinin alınması aşağıdakı meyarlara əsasən müəyyən edilir:

  • Beynəlxalq Otelçilik sahəsində direktor və menecer vəzifəsi üzrə peşəkar mütəxəssislər tərəfindən hazırlanmış və seçilmiş ətraflı təsvir;

  • Bu vəzifə ilə bağlı olan bilik, bacarıq və qabiliyyətlərin təsviri;

  • Ən azı əvvəlki üç ilin buraxılış məzunları tərəfindən səviyyələrə görə təmin edilmiş iş yerlərinin vəziyyəti;

Vatel diplom və ya Peşə şəhadətnamələri 5 aprel 2012 –ci il tarixindən etibarən nazirlik qərarına əsasən Peşə Şəhadətnamələrinin Dövlət Reyestrində qeydiyyata alınır.

Vatel, dövlət tərəfindən təsdiqlənmiş diploma əlavə, Europass diplomu da verir. Bu diploma əlavədə Vatel diplomunu əldə etmək üçün tələbələrin əldə etdikləri bilik və bacarıqlar, eləcə də, mənimsədikləri biliklər (xarakter, məzmun və səviyyə) öz əksini tapır. Vatel diplomu 2015-ci ildə 47 ölkə tərəfindən tanınmışdır. Bu diplom Fransada, eləcə də digər ölkələrdə işgötürən və ya ali təhsil müəssisəsi üçün, Vatel dərəcəsinin məzmununu aydın şəkildə anlaşılmasına imkan yaradır.

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
Bakalavr dərəcəsi
Ali təhsil göstəricisi

  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !