Təhsil

BAKALAVR SƏVİYYƏSİNDƏ TƏHSİL

Beynəlxalq Turizm və Otel İdarəçiliyi üzrə Bakalavr

Manager en Hôtellerie internationale

  • II səviyyə dərəcəsi RNCP-də nazir əmri ilə qeydiyyata alınmışdı
  • Kreditlərin ümumi sayı: 180 ECTS (European Credit Transfer System- Avropa Kredit Ötürmə Sistemi)
  • Təhsil müddəti: 3 il

Qəbul üçün ilkin şərtlər

Azərbaycanda

Orta məktəb diplomu + Foundation diplomu və ya A Level

Fransada

Bakalavr dərəcəsi üçün imtahan (orta məktəbə əsasən)

Belçikada

Orta təhsil şəhadətnaməsi

İsveçrədə

Bakalavr dərəcəsi üçün imtahan (orta məktəbə əsasən)

Digər ölkələrdə

Orta məktəb diplomu, A Level, və ya ekvivalenti


İngilis dili sertifikatı TOEFL 70 IBT və ya IELTS 6.0 (akademik) + İngilis dilində bir səhifədə motivasiya məktubu

Məqsəd: İdarəçinin ixtisas üzrə tam bilik əldə etməsi, beynəlxalq mühitdə heyətin idarəedilməsi və icra funksiyalarının qurulması ilə yanaşı şirkətdə idarəçilik vəzifəsini tutmaq üçün peşəkar, hüquqi, iqtisadi və dil mədəniyyətinə malik olması

Proqram Haqqında:

Bakalavr dərəcəsinın 1-ci ili: Tələbələr marketinqlə, insan resursları, idarəetmə və peşəkar mədəniyyətlə tanış olur və ictimai iaşə müəssisələri, qənnadı məmulatlarının hazırlanma texnologiyası, banket məhdudiyyətləri, qəbul və seminarlar zamanı anidən baş verən hadisələrə alışmış olurlar və bununla da tədris ilini oxuduqları ölkədə təcrübə ilə tamamlayırlar.

Bakalavr dərəcisinın 2-ci ili: Tələbələr idarəçiliklə, nəzəri biliklərini artırmağı davam etməklə tanış olurlar. Praktiki məşğələlər zamanı onlar 1-ci kursun tələbələri üzərində rəhbərlik edir və eyni zamanda özləri 3-cü kursun tələbələri tərəfindən idarə olunurlar. Tələbələr özlərinə inamı artırır və xarici ölkədə təcrübə keçirlər.


Marko Polo Proqramı (Xaricdə Təhsil - Təcrübə Proqramı)

Marko Polo proqramı tələbələrə bakalavr pilləsinin 2-ci ilində dünyanın digər ölkələrində olan Vatel filiallarında təhsil-təcrübə keçmək imkanı verir

Marko Polo Proqramı haqqında ətraflı....

Bakalavr dərəcisinın 3-cü ili: Tələbələr bütün zəruri baza biliklərinə yiyələnirlər. Bundan sonra tələbələr birbaşa İnstitutda heyəti idarə etməyə hazır olurlar. Həmin il onlar analitik imkanlarını inkişaf etdirir, bu vaxta qədər topladıqları bilikləri təkrarlayır, strategiyalar işləyib hazırlayır və ilk qərarlarını qəbul edirlər.

Əlaqə VATEL
VATEL BAKU
Ulviyya Bayramova
Telefon +99412 5051071
Bakalavr dərəcəsi
Ali təhsil göstəricisi

  Təhsilinizi müəyyən edin

3 addımda
Bir-neçə klik (toxunuş)
kifayətdir !