Son 20 ildə Turizm Sahəsi uğurla inkişaf edir. İqtisadi, siyasi və sosial böhranlara baxmayaraq o, etibarlı, uzunmüddətli investisiya sahəsi olaraq qalır.
Ümumdünya Turizm Təşkilatının uzunmüddətli proqnozlarına görə:
2010-2030-cu illərdə bütün dünyada xarici turistlərin sayı ildə 3.3% artacaq və 2030-cu ildə 1,8 milyarda çatacaqdır;
2010-2030-cu illərdə formalaşan təyinatlı ölkələrə gələnlərin sayı inkişaf edən ölkələrdən (ildə + 2,2%) fərqli olaraq iki dəfə çox (ildə + 4,4%) artacaqdır;
İnkişaf edən iqtisadiyyatların əhatə etdiyi bazar payı 1980-ci ildən 2012-ci ilə qədər 30-dan 47%-ə artmış və ehtimal olunduğu kimi 2030-cu ildə 57%-ə çatacaqdır, və beləliklə gələn xarici turistlərin sayı bir milyarddan artıq olacaqdır.
Nəticə etibarilə, Beynalxalq Otel Qruplarının fəaliyyəti bütün dünya üzrə inkişaf etməkdə davam edir.
Bu inkişafı genişləndirmək üçün Beynəlxalq Otel Qruplarının multikultural istiqamətdə işləmək bacarığı olan, milliyətindən asılı olmayaraq bir qrupu idarə etmək keyfiyyətinə malik rəhbər və əməliyyatçı kadrlara ehtiyacı vardır. Elə bu səbəbdən, Beynəlxalq Otel Qrupları ümumi İdarəçilik ixtisası üzrə deyil məhz Otel İdarəçiliyi ixtisası üzrə bilik və bacarıqlara yiyələnmiş gənc məzunların işə cəlb edilməsinə çalışır.
Dünya miqyasında otel qruplarının iki fərqli idarəetmə növü müşahidə edilir:
Vatel, Avropa İdarəçilik üsulunu tədris etməklə bütün dünyada keyfiyyətin, yaxşı zövqün və üstünlüyün zəmanəti kimi tanınan Fransız Otelçilik Sənətini öyrətmək qərarına gəlmişdir
Onların bilik və bacarıqlarını inkişaf etdirmək;
Tələbələrə peşə məqsədlərinə nail olmaq üçün yol və üsulları göstərmək;
Tələbələrə iş dünyasının tələblərinə cavab verən təhsil vermək;
Beləliklə, Vatelin tədris etdiyi proqram bu məqsədlərə nail olmaq üçün işlənib hazırlanmışdır.
Vatelin üslubu aşağıdakı beş elementə əsaslanıb:
Vatel Qrupunun Professor-Müəllim Heyəti Universitetdə tədris edən Professorlardan və Otel İdarəçiliyi sahəsində çalışan Peşəkarlardan ibarətdir.
Onların hamısı öz bilik, nou-hau və ruh yüksəkliklərini əsirgəmirlər. Həm təhsil, həm də peşəkar metodika baxımından ən son yeniliklərə əməl edirlər. İş yerindəki reallığı əks etdirən interaktiv üsullar sayəsində onlar, tələbələri real zaman şəraitində idarəçilik təcrübəsinə malik olmaqla yanaşı öz analitik imkanlarını inkişaf etdirmək, Otel və Turizm İdarəçiliyində zəruri bilikləri mənimsəmək üçün resurslarla təmin edirlər.